FELDYEGER RABİTƏSİ

(alman Feldjaqer) xüsusi rabitə xidməti; hərbi və ya Hökumət rabitə xidməti mühüm və məxfi sənədləri xüsusi hərbi kuryerlər (feldyegerlər) vasitəsilə göndərməklə məşğul olur. Əvvəlcə ordularda, sonralar həmçinin mülki idarə orqanlarında tətbiq edilmişdir.
FEDERASİYA
FƏALİYYƏT QABİLİYYƏTİ
OBASTAN VİKİ
Feldyeger xidməti
Feldyeger xidməti (Feldjäger, alman: [ˈfɛltˌjɛːɡɐ] ( dinlə)) – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti. Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
Finlandiya rabitəsi
== Telekommunikasiya == Son illər dünyada telekommunikasiya sahəsi üzrə Finlandiya qüdrətli dövlət kimi qəbul olunmuşdur. Ölkədə telekommunikasiya sahəsində informasiya texnologiyaları nəzərə alınmadan teleqraf və telefon rabitəsinə dair mövcud qanunvericilik yaranmışdır. Yerli telefon kompaniyaları qanunvericilikdə yaranan boşluqdan istifadə edərək 1985-ci ildə informasiya texnologiyaları sahəsində xidmət göstərən "Datatie" Birgə Müəssisəsini yaratdılar. "Datatie" BM 1988-ci ildə telekommunikasiya haqda yeni akta əsaslanaraq informasiya texnologiyası sahəsində xidmət göstərmək üçün lisenziya almışdır. Aparılan rəqabət dövləti kommunikasiya kompaniyasının tarifini aşağı salmağa və xidmət keyfiyyətini yaxşılaşdırmağa məcbur etdi. Hökumət yaranmış vəziyyətlə bağlı qanunvericilikdə növbəti reformunu keçirdi və əsas məqsəd bütün sektorun tədricən nizamlanması oldu. "Kaukoverkoo ysi" (uzaq məsafədə rabitə xidməti göstərən regional kompaniya şəbəkəsi) və "Telivo" kompaniyalarının tətbiq etdiyi xidmətdən sonra 1994-cü ildə uzaq məsafədən təqdim edilən xidmətə görə rəqabət başlandı. 1995-ci ildə beynəlxalq telefon xidməti nizamlanmağa başladı. Sonralar informasiya şəbəkələrinin mühafizəsi üçün xidmət növləri işlənib hazırlandı. "F-Secure Corporation" fin kompaniyası şəbəkəyə qeyri-qanuni qoşulma hallarından müdafiə üçün proqram paketi ilə məşhurdur.
Hidrogen rabitəsi
Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidreogen atomu ilə flüor, oksigen və yaxud azot atomu arasında yaranan oriyentasiya qüvvəsinə hidrogen rabitəsi deyilir. == Hidrogen ionu == hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yükə malik nüvədən ibarətdir. Buna görə onu bəzən "çılpaq" proton da adlandırırlar. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü surətdə cəzb olunur. Bununla əlaqədar olaraq, bir sıra molekullarda xüsusi təbiətə malik rabitə növü meydana çıxır ki, bu da bir qayda olaraq, hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.. h2o == İzahı == Hidrogen rabitəsi bilavasitə hidrogen ilə elektromənfiliyi yüksək olan elementlər (F,O,N və s.) arasında meydana çıxır. Məsələn, HF qaz halda polimerləşərək bir sıra polimerlər şəklində mövcud olur:H2F2, H3F3, H4F4, H5F5, H6F6 və s. Hidrogen rabitəsi adətən üç nöqtə ilə işarə edilir. Adi temperaturda H2O maye, H2S isə qazdır.
Metal rabitəsi
Metal rabitəsi-metal ionları arasında və sərbəst elektronlar arasında yaranan rabitə. Metal rabitəsinin təbiətinin xarakteristikasında metallara xas olan iki xüsusiyyət əsas rol oynayır: Metallar elektrik cərəyanını keçirir; Metal kristallar adətən böyük koordinasiya ədədinə malik olur. Metallar üçün tipik quruluş həcmdə mərkəzləşmiş kubik, üzdə mərkəzləşmiş kubik və sıx yerləşmə prinsipi əsasında əmələ gələn heksaqonaldan ibarətdir. Metalların birinci xarakter xassəsindən görünür ki, onların elektronlarının bir hissəsi kristal boyu öz yerini sərbəst dəyişə bilir və elektrik sahəsinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir. Metalların ikinci xarakter xassəsi isə göstərir ki, onlarda kimyəvi rabitə digər rabitə növlərindən fərqlənməlidir. Çünki heç bir atom eyni vaxtda 12 kovalent rabitə əmələ gələ bilməz. Metallarda ion rabitəsinin mövcudluğu da az ehtimallıdır. Çünki eyni bir metalın bütün atomları eyni növlüdür. Metal atomları arasındakı qüvvə ona nisbətən çox zəif olan Van-der-Vaals qüvvəsinin təbiəti ilə də eyni ola bilməz. Bunlara əsasən metallarda, metal rabitəsi adlanan yeni növ qüvvənin mövcudluğu qəbul edilmişdir.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Portuqaliya rabitəsi
Qlikozid rabitəsi
Qlikozid rabitəsi (və ya qlikozid əlaqəsi) — bir karbohidrat (şəkər) molekulunu başqa bir karbohidrat qrupuna birləşdirən kovalent rabitənin bir növüdür. Bir saxaridin hemiasetal və ya hemiketal qrupu (və ya saxariddən əldə edilən bir molekul) ilə spirt kimi bəzi birləşmələrin hidroksil qrupu arasında qlikozid rabitəsi yaranır. Xüsusilə təbii olaraq yaranan qlikozidlərdə karbohidrat qalıqlarının çıxarıldığı mürəkkəb ROH çox vaxt aqlikon, karbohidrat qalığının özü isə bəzən "qlikon" adlanır. Yuxarıda müzakirə edilən formada olan qlikozid rabitələri, qlikozidi aqlikona birləşdirən və ya son şəkəri azaldan qlikozid oksigenlə bağlı O-qlikozid rabitəsi kimi tanınır. Analoji olaraq, qlikozid rabitəsi oksigeni kükürd atomu ilə əvəz olunduğu S-qlikozid rabitəsi də (tioqlikozidləri əmələ gətirir) nəzərə alınır. Eynilə, N-qlikozid rabitələrində qlikozid rabitəsinin oksigeni azotla əvəz olunur. Tərkibində N-qlikozid rabitələri olan maddələr qlikosilaminlər kimi də tanınır. C-qlikosil rabitələrinda qlikozid oksigen karbonla əvəz olunur. Bütün bu dəyişdirilmiş qlikozid rabitələri hidrolizə fərqli həssaslığa malikdir və C-qlikosil strukturları vəziyyətində, adətən hidrolizə daha davamlıdırlar. Monosaxarid vahidləri canlı orqanizmlərdə qlikoproteinlərə, polisaxaridlərə və ya lipidlərə daxil edilməzdən əvvəl, adətən ilk növbədə uridin difosfat (UDF), quanozin difosfat (QDF) kimi bir nukleotidin fosfat qrupu ilə qlikozid əlaqəsi ilə "aktivləşdirilir".
Rumıniya rabitəsi
Vyetnam rabitəsi
Yəmən rabitəsi
Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir. Yəmən Ərəb Respublikasında keçirilən iqtisadi islahat ölkəni inflyasiyaya uğrama, daxili borcun aradan qaldırılması istiqamətində işlərin aparılmasına zəmin yaratdı. Lakin elmi-texniki inkişafa olan diqqət zəiflədi. Ölkədə informasiya texnologiyaları sektorunun zəif olması Yəmənin beynəlxalq iqtisadi məkana inteqrasiya olmasına maneə yaradırdı. Sahənin ölkə iqtisadiyyatında mühüm sahə olduğunu nəzərə alaraq İKT-nin inkişaf etdirilməsi istiqamətində Yəmən telekommunikasiya və texnologiya sektorunun təkmilləşdirilməsi məqsədilə siyasət irəli sürməyə başladı. Bu siyasət üzrə ölkədə milli inkişaf, informasiya-texnologiyaları sisteminin həyata keçirilməsi ilə bağlı sahə üzrə mütəxəssislərin ixtisaslaşması və s. kimi addımlar atılmışdır. Ölkənin telekommunikasiya və informasiya texnologiyaları nazirinin sözlərinə əsasən, telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsində əsas strateji məqsəd texnoloji avadanlıqlardan istifadə edərək Yəməni istehsalçı dövlətə çevirməkdən ibarətdir. Yəmən elektron hökumət layihəsinin həyata keçirilməsi ilə bağlı plan işləyib hazırladı və bu layihə 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edildi.
İon rabitəsi
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İran rabitəsi
Əfqanıstan rabitəsi
Cənubi Koreya rabitəsi
Cənubi Koreya (Koreya Respublikası) iqtisadiyyatının vacib faktoru informasiya infrastrukturunun inkişafına görə aparıcı dövlətlər siyahısına daxil olmasıdır. Belə ki, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi ölkənin elmi-texniki siyasətinin əsas istiqamətlərini əks etdirən 15 illik plan işləyib hazırlamışdır. Planda kimya və mikroelektronika, istehsalatın informatikası və avtomatlaşdırılması sahəsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən əsrin 80-cı illərində ölkədə elmi-istehsalat parkları, yüksək texnologiya sahəsi üzrə firmalar yaradılmağa başladı. Məlumdur ki, Cənubi Koreya yarımnaqil, mobil telefon, monitor, LCD, kompüter, yayım peyklər və s. istehsal edən ölkədir. Ölkə İKT sektorunun liberallaşdırılması istiqamətində böyük yol keçmişdir. 1995-ci ildə informatizasiyanın inkişafı ilə bağlı qanun qəbul edilmiş, 1996-cı ildə isə "informatizasiyanın inkişaf fondu" yaradılmışdır. Yüksək texnologiyanın ölkə əhalisinin həyatında daha səmərəli rol oynaması üçün 1997-ci ildə ölkə prezidentinin sədrlik etdiyi "informatizasiya strategiyası şurası" yaradıldı. Sahə üzrə dövlət tərəfindən həyata keçirilən proqramlardan biri də inkişaf etmiş ölkə mütəxəssislərinin ixtisaslaşması və təkmilləşdirilməsi olmuşdur.
Bakı Telefon Rabitəsi MMC
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.